Qadına hücum edən qu quşu onun ərini çayda boğdu
22 İyul 2010 Cümə Axşamı 21:40
Acıqlı quşu hadisə yerinə çağırılan FHN xilasediciləri qova biliblər.
Latviyanın paytaxtında iki nəfərə hücum edən qu quşu onlardan birini çayda boğub. Sarkandauqava çayında çimən hamilə qadına hücum etmiş qu quşu qadını müdafiə etməyə çalışan ərinin ölümünə səbəb olub.

Gözlənilmədən hücuma mərzu qalan cütlük təlaş içərisində nə edəcəklərini bilməyiblər. Quşun əlindən yaxa qurtaran qadın sahilə çıxa bilsə də, 32 yaşlı kişi sudan çıxa bilməyib. Ərazidə istirahət edən şəxslərin köməyi ilə sahilə çıxarılmış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Mütəxəssislər hadisənin təfərrüatlarını bilmədiklərindən hadisəni şərh etməkdə çətinlik çəksələr də, cütlüyə hücum etmiş şipun qu quşunun fiziki cəhətdən kifayət qədər güclü olduğunu bildiriblər. Qu quşunun qadının onun balalarına hücum edəcəyindən ehtiyatlanaraq hücum etdiyi güman olunur. Acıqlı quşu isə hadisə yerinə çağırılan FHN xilasediciləri qova biliblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar