Qadın sürücü piyada qadının ölümünə səbəb oldu 
    14 Dekabr 2010 Çərşənbə Axşamı 11:40
    Hadisə Bakıda baş verib
    
                	 
    
         Bakıda piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib.  Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dekabrın 13-ü saat 15 radələrində Ə.Əsədullayev küçəsi 29-un qarşısında baş verib. 
 
 Bakı şəhər sakini Könül Əzimova idarə etdiyi “Hyundai” markalı avtomobillə Mehriban Mirzəyevanı vurub. Nəticədə zərərçəkmiş 3 saylı xəsətəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 
 
 Faktla bağlı araşdırma başlanılıb. 
DOSTLARINLA PAYLAŞ: