Qadın öz sevgilisini bıçaqlayıb
10 Aprel 2009 Cümə 11:25
Vüsal Tanrıverdiyevə xəsarət yetirən 34 yaşlı Şamama Süleymanova saxlanılıb

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 8-də saat 22.30 radələrində 39 yaşlı Vüsal Tanrıverdiyev huşsuz vəziyyətdə Məhsəti küçəsi 7 ünvanında aşkarlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Tanrıverdiyevə ağır bədən xəsarəti yetirən 34 yaşlı Şamama Süleymanova şübhəli şəxs qismində saxlanılıb.
Məlum olub ki, hər iki şəxs qeyri-rəsmi olaraq birlikdə yaşayırmış. Ş. Süleymanova ilkin ifadəsində V. Tanrıverdiyevi ondan ayrıldığı üçün bıçaqladığını bildirib. Hazırda faktla bağlı istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar