Hadisə

Qaçqınları daşıyan qayıq batıb

Avstraliyada baş verən hadisə nəticəsində 10 nəfər ölüb

· Xəbərçi
Qaçqınları daşıyan qayıq batıb
Avstraliyaya aid Kristmas adası sahillərində qaçqınları daşıyan bir qayığın batması nəticəsində əksəriyyəti uşaq olmaqla, 10 nəfər boğulub. Hadisənin şahidlərindən olan Villip Stevart qayığın Avstraliyanın qərb sahillərindəki adanın ətrafındakı qaylara çırpıldığını deyib.

Şahid “Sky News” televiziyasına verdiyi açıqlamada deyib ki, qayıqdakı adamların bəziləri boğularaq ölüb, bəziləri dalğalarda yox olub, digərlərini isə dalğalar qayalara çırpıb.

Daha bir şahid isə suda 60 adamın olduğunu, onların bəzilərinin xilasedicilər tərəfindən çıxarıldığını deyib.

Avstraliya polisi qaçqınları daşıyan qayığın batdığını təsdiq edib və polisin insanları xilas etməyə çalışdığını bildirib.

Şərhlər