Prokuror civə alverçilərinə 44 il cəza istədi
17 Dekabr 2009 Cümə Axşamı 17:15
8 nəfərlik dəstə üzvlərinin məhkəmə istintaqı başa çatıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə civə alverində təqsirləndirilən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb. ANS PRESS-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Bakı şəhər sakinləri Rafiq Əliyev, Hidayət Mamoyevin 7, Firdovsi Məmmədovun 6, Bilal Həziyev, Xanlar Süleymanov, Əmiraslan İbrahimov və Sədiyar Məmmədovun 5, İmran Pircanovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 25-də vəkillərin çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinirlər.
İttihama görə, təqsirləndirilən şəxslər bu ilin iyulun 25-də 32 kq yaxın olan zəhərli kimyəvi maddəni satmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: