Hadisə

Polisin əməkdaşının idarə etdiyi avtomobil çaya düşdü

Salyanda baş verən qəzada həlak olanlar var.

· Xəbərçi
Polisin əməkdaşının idarə etdiyi avtomobil çaya düşdü
Bu gün Salyan rayon polis şöbəsinin əməkdaşı, 1966-cı il təvəllüdlü Şahin Yunisov Nadir oğlu axşam saat 19:00 radələrində idarə etdiyi “Mercedes” markalı avtomaşın ilə Salyan rayonundan keçən Akkuşa çayına düşüb.

Salyan rayon polis şöbəsindən bildiriblər ki, hadisə nəticəsində maşında olan 1979-cu il təvəllüdlü Şevinc Yunisova və onun övladı 2000-ci il təvəllüdlü Şəms Yunisova həlak olub.

Faktla bağlı tədqiqat gedir. ANSPRESS

Şərhlər