Polisi görüb narkotiki pəncərədən atan şəxslər həbs ediliblər
30 İyul 2010 Cümə 22:35
Yardımlı polisi narkotik vasitə saxlayan bir neçə şəxsi saxlayıb.
Yardımlı polisinin son günlərdə həyata keçirdiyi əməliyyatlar nəticəsində şəxsi istehlak miqdarından artıq narkotik vasitə saxlayan bir neçə şəxs saxlanılıb, istintaq tədbirlərinə başlanılıb.
Rayon polis şöbəsinin müstəntiqi Sabir Tağızadənin verdiyi məlumata görə, əməliyyat axtarış tədbirləri nəticəsində Quliyev Rahid Məlikməmməd oğlu, Ağayev Əmin Xanbaba oğlu və Allahverdiyev Ceyhun Kamil oğlu saxlanılıb. Belə ki, Yardımlı rayon sakini Rahid Quliyev tanışı Əmin Ağayevlə birgə yrayonun Cerinbel kənd sakini Allahverdiyev Ceyhun Kamil oğlundan şəxsi istehlak miqdarından artıq heroin əldə ediblər.
Qeyd edək ki, polis onların istifadə etdiyi avtomobilə baxış keçirərkən maşından 0,441 qram çəkidə heroini pəncərədən çölə tullayarkən yaxalanan Ceyhun Allahverdiyevin yaşadığı evdən də 0,368 qram heroin aşkarlanaraq götürülüb. Artıq faktla bağlı cinayət işi başlanıb.
Eyni zamanda əməliyyat axtarış tədbirləri nəticəsində Astanlı kənd sakini Əzimov Cahid Vidadi oğlu saxlanılaraq polis şöbəsinə gətirilib və onun üstünə baxış keçirilən zaman 0,637 q heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə cinayət işi başlanıb, Cavid Əzimov barəsində həbs qətimkan tədbiri seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: