Hadisə

Polis qaçdı, nümayişçilər qovdu

Türkiyənin Hakkari şəhərində polis etiraz aksiyasına müdaxilə etdiyinə peşiman olub

· Xəbərçi
Polis qaçdı, nümayişçilər qovdu
Türkiyənin bəzi bölgələrində bu gün gərginlik yaşanıb. Şanlıurfada "Barış və Demokratiya Partiyası"nın nümayişi zamanı polislə toqquşmalar baş verib. Toqquşma zamanı 1 polis əməkdaşı xəsarət alıb. 20 nəfərin isə həbs olunduğu bildirilir.

Hakkaridə də gərgin anlar yaşanıb. Şırnakda 12 PKK-çının öldürülməsinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurma olub. Toqquşmalar Hakkari-Van magistral yolunda baş verib. Polis 100 nəfərlik qrupun aksiyasına müdaxilə etdiyinə peşiman olub. Nümayişçilərin daş atəşinə tuş gələn asayiş keşikçiləri canlarını çətinliklə qurtara bilib. Bu aksiyada polis qaçdı, nümayişçilər qovdu.

Şərhlər