Hadisə

Polis Akademiyasının tələbəsi yol qəzasında öldü

Bu, Polis Akademiyasının 5-ci kurs tələbəsi 21 yaşlı Faiq Quliyevdir

· Xəbərçi
Polis Akademiyasının tələbəsi yol qəzasında öldü
Polis Akademiyasının tələbəsi yol qəzasında ölüb.
Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 48 yaşlı Davud Mirzəyevin idarə etdiyi 10 RB 666 dövlət nömrə nişanlı “Mercedes-220” markalı avtomobil yolu keçmək istəyən Daxili İşlər Nazirliyi Polis Akademiyasının 5-ci kurs tələbəsi 21 yaşlı Faiq Quliyevi vurub.
Hadisə tələbənin M.Hadi küçəsində yolu keçmək istəyərkən baş verib. Sumqayıt şəhər sakini olan F.Quliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263. 2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər