PKK Türkiyəyə ultimatum verdi
23 Avqust 2011 Çərşənbə Axşamı 03:21
Terrorçular rəsmi Ankaranı müharibə ilə hədələyir
PKK terror təşkilatının rəhbərləri Türkiyəyə qarşı ultimatum irəli sürüblər. Onlar Şimali İraqdakı terror yuvalarına hava hücumları dayanmasa, Türkiyəni müharibə ilə hədələyiblər. Bunu PKK-nın nümayəndəsi Əhməd Dəniz “Frans Press” agentliyinə açıqlamasında deyib.

Əhməd Dənizin sözlərinə görə, ötən gün Şimali İraqda üç terrorçu öldürülüb: “Əgər Türkiyə hücumları davam etdirsə, biz ona qarşı müşaribəyə başlayacağıq”.

Qeyd edək ki, PKK terrorçularının hücumu nəticəsində 12 türk əsgərinin şəhid olmasından sonra, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların sığınacaqlarına hücumlar həyata keçirməyə başlayıb. Bu, Türkiyənin bir ildən çoxdur Şimali İraq ərazisində həyata keçirdiyi ilk hərbi əməliyyatdır.

PKK-nın Türkiyə daxilindəki separatçılıq fəaliyyəti 25 ildən artıqdır ki, davam edir. Bu fəaliyyət 40 mindən çox inmanın həyatına son qoyub. BMT və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar