PKK terrorçuları Türkiyənin cənub-qərbindəki Siirt bölgəsində polis əməktəbini raket atəşinə tutublar. ANS PRESS-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı dörd nəfər ölüb, iki adam yaralanıb. Raketlərdən biri hadisə yerinin yaxınlığında keçən avtomobilin yanına düşüb. Həlak olanlar da həmin avtomobildəkilərdir.
İraqla sərhəddə yerləşən Siirtdəki hücumdan sonra atışma olub. “CNN Türk” telekanalının məlumatına görə, bir terrorçu məhv edilib.
PKK terrorçuları Türkiyədə polis məktəbinə raket atdılar
Raketlərdən biri yaxınlıqdan keçən mülki avtomobilin yanına düşüb




Şərhlər