PKK BOTAŞ-a aid neft kəmərində iki partlayış törədib
04 Avqust 2011 Cümə Axşamı 05:00
Terrorçuların törətdiyi partlayış nəticəsində maddi ziyan və yanğın meydana gəlib
Türkiyə Mardin vilayətinin Midyat rayonunda BOTAŞ-a aid Yumurtalık – Kerkük boru kəmərində parlayış baş verib. ANS PRESS “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə Midyata bağlı Yayvantepe ilə Taş kəndlərinin arasında yerli vaxtla saat 22.30 (Bakı vaxtıyla 00.30) radələrində baş verib. PKK terrorçularının törətdiyi partlayış nəticəsində maddi ziyan və yanğın meydana gəlib. Yayvantepe kənd muxtarı İsmayıl Erkal hər iki partlayış səsinin yaxınlıqda olan kənd sakinləri tərəfindən eşidildiyini bildirib. Məlumata görə, neft kəmərlərində baş vermiş yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadalarının səyləri davam edir. Boruların ətrafında isə təhlükəsizlik tədbirləri çoxaldılıb.
Xatıırladaq ki, PKK terror təşkilatı ötən il ramazanda da neft kəmərində partlayış törətmiş, nəticədə avtomobili ilə yoldan keçən iki nəfər yanaraq ölmüş, 1 nəfər isə ağır yaralanmışdı.
DOSTLARINLA PAYLAŞ: