Piyadanı vuran sürücü hadisə yerindən qaçıb
25 Fevral 2011 Cümə 05:16
Qəzanı törədən sürücü daha sonra saxlanılaraq istintaqa cəlb olunub
Ötən gecə Bakının Nərimanov rayonu Ziya Bünyadov prospektində piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Qəza nəticəsində xəsarət alan Bağırov Uran Ənvər oğlu yaxınlıqda olan vətəndaşların köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib. Həkimlərin qənaətinə görə yaralının vəziyyəti orta ağırdır.
Qəzanı araşdıran Nərimanov rayon polis idarəsinin müstəntiqi İbrahimxəlil Əhmədov artıq hadəsi törədən sürücünün saxlanıldığını deyib. Məlumata görə, qəzanı törədən Zalov Vüsal Fəxrəddin oğlu Nərimanov rayon polis idarəsi 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və ifadəsi alınıb.
DOSTLARINLA PAYLAŞ: