Piyadanı vuran sürücü hadisə yerindən qaçıb
09 Fevral 2011 Çərşənbə 03:55
Polis müşahidə kameralarının köməkiliyi ilə qəzanı törədən avtomobili müəyyənləşdirib
Gecə Yasamal rayon İnşaatçılar prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Mövsümov Sərvər Rəsul oğlunun naməlum avtomobillə vurulması nəticəsində baş verib. Qəzadan sonra sürücü zərərçəkmişə heç bir yardım göstərmədən ərazidən uzaqlaşıb. Yaralı isə hadisə şahidlərinin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə quraşdırılan müşahidə kameralarının qeydə aldığı görüntülərdən sonra məlum olub ki, piyada “Vaz 2107” markalı avtomaşın tərəfindən vurulub. Hazırda Yasamal polisi həmin avtomobilin sürücüsünün tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalarını davam etdirir.
DOSTLARINLA PAYLAŞ: