Piyadanı vuran sürücü hadisə yerindən qaçıb
24 İyul 2010 Şənbə 15:15
Hadisə Masazır qəsəbəbində baş verib.
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-ü saat 02.30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Əlibala Rəciyev vurulub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Sürücünün tutularaq məsuliyyətə cəlb olunması istiqamətində Abşeron Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar