Piyadanı vuran maşın qəza yerindən qaçıb
18 May 2011 Çərşənbə 05:44
Zərbəyə məruz qalmış zərərçəkmiş isə xəstəxananın reanimasiya şöbəsində müalicə olunur
Ötən gecə paytaxtın Nizami rayonu Babək prospektində yolu keçmək istəyən piyadanı maşın vurub. 21 yaşlı Həsənov Pərviz Şamil oğlu işdən çıxıb evə getmək istəyən zaman naməlum avtomaşının zərbəsinə məruz qalıb.

Qəzadan sonra yaralı hadisə şahidlərinin köməkliyi ilə yaxınlıqda yerləşən özəl klinikalardan birinə çatdırılıb. Klinikada xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra Pərviz Həsənov bir saylı şəhər xəstəxanasına göndərilib. Xəstəxanadan verilən məlumata görə qəza zamanı xəsarət alan yaralı müayinə olunarkən ona qabırğaların sınığı və qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Hazırda Həsənov Pərvizin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir. Qeyd edək ki, qəzadan sonra piyadanı vuran sürücü avtomobili ilə birlikdə hadisə yerindən yayınıb.

Qəzanın baş verən ünvana Nizami RPİ və DYP əməkdaşları cəlb edilib. Şahid ifadələri zamanı məlum olub ki, Pərviz Həsənovu qara rəngli “90 EZ 403” dövlət nişanlı “VAZ-21015” markalı avtomobil vurub. Hazırda polislər həmin avtomobili idarə edən sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalarını davam etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar