“Piyadalar, diqqətli olun” həftəsində 6 piyada ölüb
10 May 2011 Çərşənbə Axşamı 12:00
21 nəfər isə yaralanıb
Yol Polisi Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq respublika yollarında piyadalarla bağlı tədbir keçirib. Baş Dövlət Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 1-dən 7-dək respublika ərazisində keçirilən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi artıq başa çatıb.
Tədbir ərzində piyadaların vurulması ilə nəticələnən 25 yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb, 21 nəfər yaralanıb. 1 piyadanın ölümü, 13-nün yaralanması ilə nəticələnən qəzalardan 12-si paytaxtda, 5 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən 13 yol-nəqliyyat hadisəsi isə respublika rayonlarında qeydə alınıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.
DOSTLARINLA PAYLAŞ: