Geridə qoyduğumuz gecə Sabunçu rayonunda həmçinin piyadının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi də baş verib. Zabrat-Kürdəxanı yolunda yolu keçmək istəyən piyada 45 yalşı Valid Hacızadə naməlum avtomaşının zərbəsi ilə üzləşib. Hadisədən sonra avtomaşının sürücüsü gəldiyi sürətlə də qəza baş verən ərazidən uzaqlaşıb. Piyada isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu polisi tərəfindən araşdırma aparılır. Qəzanı törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə Sabunçu rayonunda baş verib
Qəzadan sonra sürücü hadisə yerindən uzaqlaşıb, onun ağır yaraladığı piyada xəstəxanaya çatdırılıb




Şərhlər