Hadisə

Pirəşküldə ev partladı: ər, arvad və qayınana yandı

Onlar xəstəxanaya yerləşdirilib.

· Xəbərçi
Pirəşküldə ev partladı: ər, arvad və qayınana yandı
Abşeron rayonunda yanğınla müşayiət olunan partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yanvarın 23-də saat 09.00 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Seyfi Qəribovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə dağıntı olmasa da S.Qəribov, arvadı Kəmalə və qayınanası Tamara yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır. ANSPRESS

Şərhlər