Hadisə

“Pəncərədən daş gəlir...”

Pəncərədən gələn daş sürücünün ölümünə səbəb oldu

· Xəbərçi
“Pəncərədən daş gəlir...”
Türkiyədə pəncərəni sındıraraq avtomobilin içinə girən daş sürücünün ölümünə səbəb oldu. ANS PRESS “Haber7.com” saytına istinadən xəbər verir ki, bədbəxt hadisə Samsun vilayəti Canik rayonunun “Yavuz Səlim” məhəlləsində baş verib. Məlumata görə, hərəkət halında olan avtomobilin təkərindən sıçrayan daş arxada olan yük maşınının şüşəsini sındıraraq sürücüyə dəyib. İdarəetməni itirən sürücü isə avtomobilini yolun kənarındakı qayaya çırpıb. Xəsarət alan sürücü isə xəstəxanada ölüb.

Şərhlər