Paytaxtda qanunsuz silah-sursat saxlayan iki şəxs yaxalanıb
06 Fevral 2010 Şənbə 13:55
Əməliyyat-axtarış tədbirləri nəticəsində 2 “Makarov” tipli tapança, 3 sandıqça və s. aşkar olunub
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinindən silah-sursat aşkarlanaraq götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yaxalanan zaman Ceyranbatan qəsəbə sakini Sahib Bayramovun üzərində 1 ədəd “Makarov” tipli tapança, 2 ədəd sandıqça və 15 ədəd 9 mm çaplı patron olub.

Eyni zamanda Sabunçu rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi Qədəmgah bağ massivindən “Makarov” tipli tapança, 1 ədəd sandıqça və 17 ədəd 9 mm güllə aşkar edilib. Aparılan əməliyyat tədbirləri nəticəsində silahın Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fərhad Şahbazova məxsus olduğu müəyyən edilib və o, tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar