Hadisə

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib

İki “07”dən biri yol kənarındakı dirəyə çırpılıb.

· Xəbərçi
Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib
Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Badamdar qəsəbəsinin eyni adlı şossesində hərəkət edən iki “VAZ-2107” markalı avtomobildən biri yolun hərəkət hissəsindən çıxaraq kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə rayon SRPİ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. ANS PRESS-ə verilən məlumata görə, qəzaya uğrayan “VAZ-2107”nin sürücüsü hadisə yerindəcə keçinib, sərnişin isə ağır yaralı vəziyyətdə əzilmiş maşından çıxarılaraq xəstəxanaya aparılıb. Ölən və yaralanan şəxslərin adı dəqiqləşdirilir.

İlkin ehtimala görə, hadisəyə səbəb “07”nin onunla eyni istiqamətdə hərəkət edən digər maşın tərəfindən sıxışdırılması nəticəsində olub.

Faktla bağlı SRPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRES

Şərhlər