Bakının Nərimanov rayonu ərazisində bir gecədə iki mağazadan oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Mayakovski küçəsində Fərqanə Qədirovanın icarəyə götürdüyü mağazadan 1052 manat və Zülfiyyə Əliyevanın icarəyə götürdüyü mağazadan isə açar seçmə yolu ilə 830 manat dəyərində geyim əşyaları oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin və Nəsimi Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İsmayıl Rzayev şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/