Paytaxtda 3 fəhlə torpaq uçqununun altında qalıb
25 İyul 2009 Şənbə 18:20
Bu gün saat 14.12 radələrində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng xidmətinə Bakının Nizami rayonunda hadisə baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya Azərbaycan FHN-nin İctimaiyyətlə Əlaqə Mərkəzindən məlumat verilib. Məlumata görə, rayonun Şərq küçəsi 1 ünvanında KİBRYA STE firması tərəfindən su çəkilişi aparılan zaman qazılmış xəndəyin üstündəki torpaq qatı uçub. Nəticədə 3 fəhlə torpaq uçqununun altında qalıb.

Hadisə yerinə dərhal FHN-nin xilasedicləri gəlib. Hazırda fəhlələrin xilas edilməsi ilə bağlı zəruri tədbirə görülür. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar