Paytaxt sakinlərinə 150 min manat ziyan vuran şəxs saxlanılıb
17 Yanvar 2012 Çərşənbə Axşamı 23:12
Axtarış zamanı onun üzərindən narkotik maddə də aşkar edilib.
Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları paytaxtın bir neçə rayonunda mənzillərdən oğurluq edən Anar Qafarovu saxlayıb. Məlum olub ki, Anar ümumlikdə sakinlərə 150 min manatdan artıq maddi ziyan vurub.

1983-cü il təvəllüdlü Qafarov Anar Rəşid oğlu mənzillərdən əsasən pul və qızıl-zinət əşyalarını oğurlamaqla, ümumilikdə sakinlərə 150 min manatdan artıq maddi ziyan vurub.

İşi araşdıran Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Ramil Məmmədovun sözlərinə görə, hələlik istintaqa Anar Qafarovun Yasamal rayonu ərazisində 7, Nərimanovda 2, Xətai rayonunda isə bir mənzildən oğurluq etdiyi məlumdur. Amma araşdırmalar zamanı bu faktların artacağı istisna edilmir.

Qeyd edək ki, Anar Qafarov təkcə oğurluqla məşğul olmayıb. Saxlanılan zaman onun başqa cinayət əməlinin də üstü açılıb. Müstəntiqin sözlərinə görə, axtarış zamanı A.Qafarovun üzərindən narkotik maddə aşkar edilib. Amma istintaqın sonunda Anar Qafarovun oğurluq maddəsi ilə ittiham olunacağı istisna edilmir.

Qeyd edək ki, Anar Qafarov müsahibə verməkdən imtina etsə də, şifahi olaraq bildirdi ki, oğurluğu tək törədib və bu onun ilk məhkumluğudur. Lakin butun bunlara Yasamal Rayon Polis İdarəsində aparılan araşdırmaların sonunda aydınlıq gətiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar