Paytaxt sakini qolunu və boğazını kəsərək intihar edib
16 Yanvar 2010 Şənbə 12:40
Rasim Dadaşov tez-tez həyatdan bezdiyini deyirmiş
Bu gün səhər saatlarında Sabunçu rayonu, Bilgəh qəsəbəsində intihar hadisəsi baş verib. Bu barədə ANSPRESS-ə işi araşdıran müstəntiq Rəcəb Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 1966-cı il təvəllüdlü Dadaşov Rasim bıçaqla canına qəsd edib. O, əvvəlcə qollarını, sonra isə boğazını kəsib. R.Dadaşov çoxlu qan itirdiyindən hadisə yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbi barədə hələlik dəqiq məlumat yoxdur. Yalnız o məlumdur ki, mərhum tez-tez ailə üzlərinə həyatdan bezdiyini deyirmiş.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar