Partiya sədrinin qardaşı oğlu üzünü doğradı
11 Avqust 2010 Çərşənbə 13:05
Hadisə Sumqayıt şəhərində baş verib.
Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 04.30 radələrində, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 24-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Coşqun Tarverdiyev qollarını doğrayıb. Vena damarlarının kəsilməsi nəticəsində xeyli qan itirən C. Tarverdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik dəqiq məlumat verilməsə də, onun intihar etməzdən əvvəl ailəsində münaqişə baş verdiyi bildirilib.

Məlumata görə, intihar edən C. Tarverdiyev Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, iş adamı Sabir Tarverdiyevin qardaşı oğludur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar