Parlamentdə dava düşdü
18 May 2011 Çərşənbə 23:08
Ukrayna parlamentinin vitse-spikeri təhqirə dözə bilməyib
Ukrayna parlamentində deputatlar növbəti dəfə dalaşıb. Bu dəfə Ali Radanın birinci vitse-spikeri Adam Martınyuk və deputat Oleq Lyaşko əlbəyaxa olub. Dava parlamentin gündəliyində olan məsələlərin birisinin müzakirəsi zamanı baş verib. Lyaşko birinci vitse-spikerə yaxınlaşaraq ona söz verməsini xahiş edib.

Lakin Lyaşkonun əvvəlcədən çıxışa yazılmaması səbəbindən Martınyuk ona söz verməkdən imtina edib. Buna əsəbləşən Lyaşko vitse-spikeri təhqir etməyə başlayıb, lakin Martınyuk həmkarına dərhal cavab verib, daha doğrusu onu boynundan tutaraq yerə çırpıb.

Qeyd edək ki, Ukrayna parlamentində dava tez-tez baş verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar