Parlament prospektində yol nəqliyyat hadisəsi
15 Dekabr 2010 Çərşənbə 02:30
Üç avtomobilin toqquşması ilə meydana gələn qəzada 2 nəfər yaralanıb
Ötən gecə Yasamal rayonu ərazisində iki nəfərin xəsarət almasıyla nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Parlament prospektində üç avtomobilin toqquşmasıyla meydana gəlib. Belə ki, “Kia Serato” markalı avtomobil Parlament prospekti ilə üzü Hüseyn Cavid prospektinə doqğru hərəkət edərkən işıqforun qırmızı işığında dayanmış “Bmv” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Sonuncu iki avtomobildə xəsarət alan olmasa da, “Kia”nın sürücüsü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif dərəcli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobilləri ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Hər iki xəstə üzərində müayinə apararaq onlarda xəsarətlərin dərəcəsini müəyyən edən həkim Abbas Abbasov yaralı Hacıyev Müslüm və Rəfiyev Rəşadda kəllə-beyin travması, döşqəfəsdə və qarın nayihəsində küt travma olduğunu, onların vəziyyətinin stabil olduğunu bildirib.

Hadisənin baş verdiyi əraziyə Yasamal rayon polis idarəsinin və yol polisi şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, “Kia Serato”nun sürücüsü Rəşad Rəfiyev qəza anında düzgün sürət həddi seçməyib və nəticədə gəldiyi sürətlədə işıqforda dayanan iki avtomobilə çırpılıb. Sürücünün avtomobili bu şəkildə idarəetməsinini ilkin səbəbi kim isə onun sərxoş halda sükan arxasında əyləşməsi ehtimalı irəli sürülür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar