Parlament prospektində “Opel” və “Hyundai” toqquşub
08 Avqust 2011 Bazar Ertəsi 06:38
Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Ötən gecə paytaxtın Səbail rayonu Parlament prospektində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 28 yaşlı Musa Balazadənin idarə etdiyi “Opel” markalı avtomobillə Rauf Əfəndiyevə məxsus “Hyundai” toqquşub. Hadisə zamanı nəqliyyat vasitələrinin sürücüləri ilə yanaşı “Opel”də olan sərnişin 1988-ci il təvəllüdlü Zeynəb Həsənova da müxtəlif dərəcəli xəsarət alaraq bir saylı şəhər xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə yaralılardan yalnız Rauf Əfəndiyevə lazımı tibbi yardım göstərildikdən sonra o evə buraxılıb. Digər yaralılar isə müalicələrini xəstəxanada davam etdirir.
Qəzanın baş verdiyi ünvanda isə polis əməkdaşları tərəfindən müayinələr aparılıb və qəzada təqsirkar olan sürücü müəyyən edilib. Bakı şəhər DYP-nin inspektoru Aqil Əliyev ilkin ehtimallar görə “Opel”in “Hyundai”nin yoluna çıxdığını, nəticədə yol nəqliyyat hadisəsi baş verdiyini deyib.
DOSTLARINLA PAYLAŞ: