Hadisə

Paraqvaylı futbolçu güllələndi

Salvador Kabanas ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

· Xəbərçi
Paraqvaylı futbolçu güllələndi
Meksika futbol liqasında çıxış edən “Amerika” klubunun 29 yaşlı paraqvaylı futbolçu Salvador Kabanas paytaxt Mexikodakı barlardan birində başından güllə ilə vurulub. Futbolçu təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Meksika prokurorluğundan verilən məlumata görə, barda naməlum şəxslər tərəfindən başından güllə yarası alan futbolçunun vəziyyəti ağırdır.

Qeyd edək ki, Salvador Kabanas Paraqvay milli komandasında da forma geyir. ANSPRESS

Şərhlər