Pakistanda terror aktı törədilib: 27 hərbçi ölüb
10 Fevral 2011 Cümə Axşamı 10:55
Hadisə nəticəsində 40 nəfər yaralanıb
Bu gün səhər saatlarında Pakistanda növbəti terror aktı törədilib. ANS PRESS-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Pakistanın Mardan şəhərində hərbi şəhərcikdə baş verib. Terrorçu kamikadzenin özünü partlatması nəticəsində ilkin məlumata görə, 27 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Yerli KİV-in məlumatına görə, burada hərbi xidmətə yeni başlamış əsgərlərlə hərbi sıra məşğələləri gedirmiş. Hadisə şahidlərinin sözlərinə görə, partlayışı məktəbli forması geyinmiş yeniyetmə törədib. Ölənlərin hamısı hərbçi olub. Hələlik heç bir qruplaşma terrora görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, 2007-ci ildən ölkədə 3, 5 min nəfər terror aktlarının qurbanı olub.
DOSTLARINLA PAYLAŞ: