Pakistanda son üç gündə ikinci partlayış olub
28 Aprel 2011 Cümə Axşamı 10:59
Kəraçidə törədilmiş partlayışda hədəf eyni olub
Pakistanın Kəraçi şəhərində hərbi dəniz qüvvələrinin hərbçilərinə yenidən hücum olub. Yol kənarında quraşdırılmış qurğunun işə düşməsi nəticəsində hərbçiləri aparan avtobus partlayıb. 3 nəfər ölüb, 10-dək insan yaralanıb.

Qeyd edək ki, bu, Pakistanın ən böyük şəhəri olan Kəraçidə son 3 gündə törədilən ikinci partlayışdır. Xatırladaq ki, iki gün əvvəl baş vermiş partlayışda da silahlı qruplaşmaların hədəfi hərbçilər olmuşdu. Həmin terror aktı ilə bağlı məsuluiyyəti isə Taliban qruplaşması üzərinə götürmüşdü. Qruplaşma gələcəkdə daha çox terror aktları törədəcəkləri barədə xəbərdarlıq etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar