Ötən gün Pakistanın şimal-qərbində silahlılar xüsusi təyinatlılara hücum edib. Yerli “DawnNews” telekanalının məlumatına görə, hadisə nəticəsində 14 polis əməkdaşı həlak olub. Daxili Qoşunların bölməsi Əfqanıstanda sərhəddə avtomobil karvanını müşayiət edirmiş. Silahlılar karvanı minatanlardan atəşə tutublar.
Həlak olanlar arasında polkovnik və kapitan da var. Silahlılar arasındakı tələfatla bağlı məlumat yoxdur.
Pakistanda silahlılar 14 polis əməkdaşını öldürüb
Öldürülənlər arasında polkovnik də var




Şərhlər