Hadisə

Pakistanda polis avtobusuna hücum

Gecə saatlarında baş verən atışma zamanı 2 terrorçu məhv edilib

· Xəbərçi
Pakistanda polis avtobusuna hücum
Pakistanda silahlıların növbəti hücumu nəticəsində azı 6 polis əməkdaşı ölüb, 50-yə yaxın adam xəsarət alıb. Yerli “Samaa” telekanalının məlumatına görə, şənbə gününün ilk saatlarında naməlum şəxslər ölkənin cənubundakı Karaçi şəhərində polis avtobusuna hücum ediblər. Atışma zamanı silahlılarda 2-si məhv edilib.

Xatırladaq ki, ötən gün terrorçular Pakistanın şimal-qərbində məsciddə partlayış törətmişdilər. Terror aktı nəticəsində azı 50 nəfər həlak olmuş, 100-ə yaxın adam yaralanmışdı.

Şərhlər