Pakistanda partlayışda 13 nəfər ölüb
30 Mart 2011 Çərşənbə 14:25
Terror aktını kamikadze törədib
Pakistanın şimal-qərbindəki Svabi bölgəsində yoxlama məntəqəsində terror aktı törədilib. Terrorçu-kamikadze partlayıcı qurğu yerləşdirilmiş motosikletlə məntəqəyə hücum edib. Partlayış nəticəsində 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Ölənlərdən 1-i polis əməkdaşı, qalanları isə radikal siyasətçi Mövlana Fəzlur Rəhmanı qarşılamaq üçün toplaşan insanlar olub.

'Cəmiyyət Üləma İslam Partiyası'nın lideri olan diplomat partlayışdan bir neçə dəqiqə əvvəl yoxlama məntəqəsindən keçib. Terror aktının hədəfində dinc sakinlərin yoxsa diplomatın olduğu məlum deyil.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar