Pakistanda partlayışda 10 nəfər ölüb
31 Mart 2011 Cümə Axşamı 15:09
Bu, yerli radikal diplomata qarşı son iki gündə törədilən ikinci hücumdur
Pakistanın şimal-qərbindəki Çarsadda regionunda terror aktı törədilib. Yol kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində 10 nəfər ölüb, azı 20 nəfər yaralanıb. Ölənlər arasında 1 polis əməkdaşının da olduğu bildirilir.
Bu, radikal mövqeli diplomat Mövlana Fəzlur Rəhmanın konvoyunun keçdiyi yolda son iki gündə törədilən ikinci partlayışdır. Diplomat özü xəsarət almasa da, onun olduğu avtomobilə yüngül ziyan dəyib.
DOSTLARINLA PAYLAŞ: