Hadisə

Pakistanda partlayış baş verib

5 nəfər terror aktının qurbanı olub

· Xəbərçi
Pakistanda partlayış baş verib
Pakistanın şimal-qərbindəki Hanqu şəhərində partlayış baş verib. Terror aktı nəticəsində azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb. Yerli polisin məlumatına görə, terrorçu-kamikadze partlayıcı qurğu yerləşdirilmiş avtomobili polis idarəsinin yaxınlığında partladıb. Ölənlərdən 1-inin polis, 4-ünün isə yoldan keçənlər olduğu bildirilir.

Qeyd edək ki, hadisənin baş verdiyi Hanqu şəhəri Pakistanın Əfqanıstanla sərhəddəki tayfa regionlarına yaxın yerləşir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməsə də, burada "Əl-Qaidə" və "Taliban" terror qruplaşmalarının bazaları yerləşdiyindən, partlayışı bu qruplaşmalardan birinin törətdiyi ehtimal edilir.

Şərhlər