Hadisə

Pakistanda məscid partladıldı: 40 ölü, 85 yaralı

Terror aktı cümə namazı zamanı baş verib

· Xəbərçi
Pakistanda məscid partladıldı: 40 ölü, 85 yaralı
Pakistanda sünni məscidində partlayış baş verib. ANS PRESS «Mignews»a istinadən bildirir ki, hadisə zamanı 40 nəfər həlak olub; 85 nəfər yaralanıb.

«AP» agentliyi isə qeyd edir ki, partlayış cümə namazı zamanı baş verib. Məsciddə həmin anda 300 nəfər müsəlman olub. Məscidin binası dağılıb.

Terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti öz özürinə götürməyib.

Xayber bölgəsindəki məscidin yerləşdiyi kənd qəbilələr zonasına daxildir. Bu zonada mütəmadi olaraq terror hadisələri baş verir. Xayber bölgəsi demək olar ki, Pakistan hökumətinin nəzarətindən kənardadır, Əfqanıstanla sərhəddə yerləşir.

Şərhlər