Pakistan vətəndaşına qarşı quldurluq edənlər tutuldu
    25 Dekabr 2009 Cümə 10:40
    Pakistan vətəndaşına qarşı quldurluq edənlər tutuldu. Saxlanılanlardan narkotik maddə tapılıb.
    
                	 
    
         Bakı şəhərində Pakistan vətəndaşına qarşı quldurluq edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 20-də saat 04.00 radələrində B.Səfəroğlu küçəsi 84-ün qarşısında Pakistan vətəndaşı Zubair Əbdül Şiharafdini döyərək cibindən 16 min ABŞ dollarını götürüblər. 
Yasamal rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov və Ramin Əliyev tutulub. Onların üzərilərinə baxış keçirilərkən V.Qurbanov və R.Əliyevin hər birindən 5 qramdan artıq narkotik maddə olan marixuana aşkar edilərək götürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: