Hadisə

Özünü həkim kimi təqdim edən oğru yaxalandı

O, Əlixan Məmmədov adlı şəxsə yuxu dərmanı verərək 1000 manatını oğurlamaq istəyib.

· Xəbərçi
Özünü həkim kimi təqdim edən oğru yaxalandı
Ağstafa rayon sakini Arif Əliyev özünü həkim kimi təqdim edərək H.Mirzəyev küçəsində yaşayan Əlixan Məmmədovu soymağa çalışıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə daxil olan məlumata görə, o, iyulun 30-da Ə. Məmmədova yuxu dərmanı verərək onu yatırıb və evdən 1000 manat oğurlayarkən Nərimanov Rayob Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Arif Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. ANSPRESS

Şərhlər