Hadisə

Ötən il ölkədə 5 polis iş başında həlak olub

Bu barədə daxili işlər naziri Ramil Usubov məlumat verib.

· Xəbərçi
Ötən il ölkədə 5 polis iş başında həlak olub
“2010-cu il ərzində ölködə bütün subyektlər üzrə 23 min 10 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqa zidd əməllər olub”.

Bu sözləri bu gün 2010-cu ilin yekunlarına dair Daxili İşlər Nazirliyində kecirilən kollegiya iclasında nazir Ramil Usubov deyib.

Ümumiyyətlə isə ötən il ərzində baş verən cinayətlərin ümumi sayında 1,2 faiz azalma müşahidə olunub. 5 polis əməkdaşı vəzifəsini yerinə yetirərkən iş başında həlak olub, 153-ü isə müxtəlif dərəcəli xəsarətlər alıb. İclasda məruzə ilə çıxış edən bir neçə idarə rəisi isə işlərində yol verdikləri nöqsanlara görə nazirin tənqidi ilə üzləşib.

Nazir Ramil Usubov həmcinin yol patrul xidmətinin əməkdaşlarına xüsusi xəbərdarlıq edib. anspress

Şərhlər