Ötən il Avropada 249 terror aktı törədilib
20 Aprel 2011 Çərşənbə 02:30
Avropa Birliyi ölkələrindəki terror hadisələrinin sayı azalıb
Ötən il Avropa Birliyi ölkələrində baş verən terror aktlarının sayında 2009-cu illə müqayisədə 21 faiz azalma qeydə alınıb. Bu barədə məlumatı Avropol - Avropa Birliyinin polis xidməti yayıb.

Təşkilatın illik hesabatında deyilir ki, 2010-cu ildə Avropa Birliyir ölkələrində 249 terror aktı baş verib. Nəticədə 7 nəfər ölüb. Terror hadisələrinin 160-ı separtçı qruplar tərəfindən törədilib. Cəmi üç terror aktında “İslamçı” adı altında fəaliyyət göstərən terrorçuların əli olub.

Avropa ərazisində terror hadisələrinin sayındakı azalma bask separatçılarının ETA qruplaşması ilə əldə olunan atəşkəs razılaşması ilə əlaqələndirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar