Hadisə

Ötən gün Azərbaycanda 63 cinayət faktı qeydə alınıb

Cinayət törətdiyinə görə 13 nəfər tutulub.

· Xəbərçi
Ötən gün Azərbaycanda 63 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 5-də qeydə alınmış 63 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən günlərdən bağlı qalmış daha 2 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 13 nəfər tutulub.

Şərhlər