Oslo-İstanbul təyyarəsini qaçırmağa cəhd olub
06 Yanvar 2011 Cümə Axşamı 02:20
Sərnişinlərdən biri təyyarəni partlatmaqla hədələyib
Türkiyə polisi Norveçin paytaxtı Oslodan İstanbula uçan və “Türk Hava Yolları” şirkətinə məxus təyyarəni ələ keçirməyə cəşd göstərən şəxsi saxlayıb. Şahidlərin sözlərinə görə, həmin şəxs maska taxaraq, təyyarəni havada partlatmaqla hələləyib. O türkcə danışıb və təyyarənin yenidən Osloya qayıtmasını tələb edib. Cinayətkarın əlində bir əşya olub. Təyyarə heyəti sərnişinləri təhlükəsiz yerə keçirib, o isə tək qalıb.

Təyyarə İstanğula endikdən sonra polis əməkdaşları cinayətkarı saxlayıblar. “Türk Hava Yolları” faktı təsdiqləyib. İnsident zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Cinayətkarda partlayıcı qurğunun olub-olmadığı da məlum deyil.



DOSTLARINLA PAYLAŞ:

oyunlar