Orta məktəb müəlliməsi özünü öldürüb
17 Noyabr 2010 Çərşənbə 10:30
Sədaqət Qafarova özünü yaşadığı evin həyətindəki hovuza atıb
Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xəzər rayon Prokurorluğundan bildirilib. Hadisə bu gün rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sədaqət Qafarova özünü yaşadığı evin həyətindəki hovuza atıb. Hovuz dərin olduğundan və hadisə baş verən yerdə heç kim olmadığından qadın hadisə yerindəcə keçinib. Onun Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən birində müəllim işlədiyi bildirilir. Qadının özünə qəsd etməsinin səbəbləri isə məlum deyil.
DOSTLARINLA PAYLAŞ: