Hadisə

Ordumuzun mövqeləri atəşə tutulub

Qarşı tərəf bütün hallarda cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Ordumuzun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 21-də saat 11.50-dən 11.55-dək, 19.30-dan 19.45-dək, 00.10-dan 00.20-dək, 00.20-dən 00.30-dək və 01.30-dan 01.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Aşağı Ədülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS

Şərhlər