Hadisə

Ordumuzun iki əsgəri minaya düşüb

Biri öldü, biri yaralandı

· Xəbərçi
Ordumuzun iki əsgəri minaya düşüb
Azərbaycan Ordusunun iki əsgəri minaya düşüb. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, hadisə dünən Goranboy rayonunun Gülüstan adlanan ərazisində baş verib. Milli Ordunun əsgəri, Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Amid Mərdan oğlu Seyfullayev minaya düşərək hadisə yerində həlak olub. Digər əsgər isə yaralanaraq hospitala çatdırılıb.

Faktla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Şərhlər