Ordumuzun iki əsgəri hərbi hissədən qaçıb
13 Sentyabr 2011 Çərşənbə Axşamı 11:01
Onlardan birinin silahlı olduğu bildirilir
Azərbaycan Ordusunun iki əsgəri xidməti ərazini özübaşına tərk edib. Bu barədə məlumat ANS PRESS-ə Tərtər rayon Polis Şöbəsindən verilib. Verilən məlumata görə, əsgərlər xidmət etdikləri hissəni bu gecə tərk ediblər.
Qaçan əsgərlər Şəmkir rayon sakini 20 yaşlı Vüsal Əlizadə və Bakı şəhər Xətai rayon sakini 20 yaşlı Hüseyn Ramazanovdur.
Onlardan birinin xidməti silahını da özü ilə götürdüyü bildirilir.

Hazırda polis şöbəsindən qonşu rayonların polis orqanlarına məlumat göndərilib. Onların axtarışı davan edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar