Hadisə

Ordumuzun əsgəri özünü güllələdi

Hadisə Naxçıvandakı hərbi hissədə baş verib

· Xəbərçi
Ordumuzun əsgəri özünü güllələdi
Azərbaycan Ordusunun əsgəri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü İxtiyar Füzuli oğlu Mürsəliyev xidməti silahı ilə özünü vurub. Əsgər aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, İ. Mürsəliyev İsmayıllı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər